Ərdoğan Azərbaycan xalqını təbrik etdi

erdogan-azerbaycan-xalqini-tebrik-etdi
Oxunma sayı: 1337

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Can dostumuz, qardaşımız, göz bəbəyimiz Azərbaycanın 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününü ən səmimi duyğularımla təbrik edirəm.

Bu qürur günündə dəyərli qardaşım İlham Əliyevi və bütün Azərbaycan xalqını sevgi ilə salamlayıram”, - paylaşımda deyilir.