Türkiyə Rusiyaya məxsus Su-24 təyyarəsinin vurulması ilə əlaqədar yalnız təəssüfləndiyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Prezident Administrasiyasından bildiriblər.
Administrasiyadan deyiblər ki, bununla əlaqədar RF Prezidenti Vladimir Putinə ünvanlanan məktubda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Su-24 təyyarəsinin həlak olmuş pilotunun ailəsinə başsağlığı verib və hadisədən təəssüfləndiyini bildirib.
Məktubda vurğulanıb ki, Türkiyə Rusiya ilə münasibətlərin normallaşmasının lehinədir: "Ankara Moskva ilə münasibətlərin normallaşdırılması üçün heç vaxt diplomatik kanalları bağlamayıb. Türkiyə və Rusiya arasında münasibətlərin yaxşılaşması regionda böhranın həllinə müsbət təsir göstərəcək".
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın Su-24 qırıcısının vurulmasına görə rusiyalı həmkarından üzr istəməsi ilə bağlı xəbərlər yayılıb.
Kremlin mətbuat katibi Dmitri Peksov Ərdoğanın bununla bağlı V. Putinə ünvanladığı məktubda "üzr istəyirəm" ifadəsindən istifadə etdiyini irəli sürüb.
Son xəbərlər
Son Xəbərlər