Ərdoğan Ştaynmayerlə görüşdü - Fotolar

erdogan-staynmayerle-gorusdu
Oxunma sayı: 2060

Ankarada Türkiyə və Almaniya Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Frank-Valter Ştaynmayer arasında görüş başlayıb.

“Qafqazinfo” “TRT haber”ə istinadən xəbər verir ki, iki ölkə lideri arasında təkbətək görüşdən sonra nümayəndə heyətləri arasında geniş tərkibdə iclas baş tutacaq. 

Prezidentlərin görüşdən sonra birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.