Ərdoğan Suriyadakı qələbədən və itkidən danışdı - Video

erdogan-suriyadaki-qelebeden-ve-itkiden-danisdi
Oxunma sayı: 4741

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Sülh çeşməsi” hərəkatının 5-ci gününün nəticələrini şərh edib.

“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, Ərdoğan 440 terrorçunun öldüyünü, 26 terrorçunun yaralandığını, 24-nün isə təslim olduğunu deyib. Ümumilikdə 490 terrorçu zərərsizləşdirilib.

“Özümüz addım atmağa məcbur qaldıq. Oktyabrın 9-da hərəkata başladıq. 30-35 kilometr irəliləyəcəyik. Suriya Milli Ordusu qəhrəmancasına terror təşkilatlarının sığınacaqlarının təmizlənməsində mübarizə aparır”, - deyə Ərdoğan açıqlayıb.

Prezident 18 sivil vətəndaşın ölümünə də diqqət çəkib:

“Sərhəd rayonlarımıza edilən hücumda 18 vətəndaşımız öldü, 147 nəfər yaralandı. 18 vətəndaşımızın içində 9 aylıq suriyalı Məhəmməd də var. Atası ilə danışdım. O qədər səbrli idi ki...”.