Ərdoğandan Trampın sözlərinə - Cavab

erdogandan-trampin-sozlerine
Oxunma sayı: 3540

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-la Suriyadakı hərəkatla bağlı razılıq əldə edildikdən sonra Donald Trampın “Milyonlarla həyat xilas ediləcək” sözlərinə cavab verib.

“Qafqazinfo” xəbər verir ki, türkiyəli prezident Tvitter hesabından yazıb:

“Cənab prezident, insanlığın düşməni olan terrorizmi məhv etdikdə daha çox həyat xilas olacaq. Bundan əminəm ki, birgə səyimiz bölgədə sülh və sabitliyi dəstəkləyəcək”.