Türkiyəli müğənni Demet Akalın ailə həyatı ilə bağlı “Sabah” qəzetinə danışıb.
“Qafqazinfo” xəbər verir ki, sənətçi həyat yoldaşı, iş adamı Okan Kurtun çox qısqanc olduğundan şikayətlənib.
“Ərimi çox sevirəm, amma məni dəli etdiyi zamanlar da olur. Tək səbəbi də qısqanclığıdır. Ora getmə, orada yemək yemə, avtomobilə yalnız minmə...Yuxusunda belə məni qısqanır. Amma onunla o qədər huzurlu və rahatam ki... Futbola ya evdə baxar, ya da gedərsə məni də özüylə aparar. Belə münasibətimiz olduğu üçün evlilikdən sıxılmırıq”, -deyə D. Akalın söyləyib.
Son xəbərlər
Son Xəbərlər