Erməni spikerin qalmaqallı açıqlaması kütləvi etiraza səbəb oldu

ermeni-spikerin-qalmaqalli-aciqlamasi-kutlevi-etiraza-sebeb-oldu
Oxunma sayı: 3218

Ermənistanda əsir və itkin düşmüş hərbçilərin valideynləri və qohumları Ermənistan hökumətinin binasının qarşısına toplaşıblar.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, onlar Ermənistan parlamentinin spikeri Alen Simonyanın əsirlərlə bağlı qalmaqallı açıqlamalarından hiddətləniblər.

Belə ki, Simonyan “Hesab edirəm ki, əsirlər mənim üçün artıq mövcud deyil” açıqlaması ilə gündəm olmuşdu. Onun sözlərinə görə, əsir düşənlər silahı yerə qoyub fərarilik edənlərdir. Simonyan bütün fərarilərin mühakimə edilməli olduqlarını da bildirib. 

Etirazçılar hazırda ölkənin müxtəlif yerlərindən insnaların irəvana gəldiklərini və hamı toplaşdıqdan sonra hərəkətə keçəcəklərini bildiriblər. Konkret hansı addım atılacağını isə açıqlamayıblar. 

"Qoy Simonyan dediklərini izah eləsin. Haradadır bizim uşaqlar? Özü basdırıb onları?", - deyə etirazçılar bildirib.

Həmçinin oxuyun: “Erməni əsirlər mənim üçün artıq mövcud deyil” - Simonyan