“Erməni terror təşkilatlarını lənətləyirik” - Fahrettin Altun

ermeni-terror-teskilatlarini-lenetleyirik
Oxunma sayı: 1001

ABŞ-da – Los-Ancelesdə erməni terrorunda şəhid olan diplomatların xatirəsinə həsr olunmuş “Şəhid diplomatlar” sərgisi açılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun tvitter hesabında məlumat paylaşıb.

“Şəhid diplomatlar sərgimiz erməni terror təşkilatlarının ilk hücumunda şəhid olan diplomatlarımızın vəzifə yeri olan Los-Ancelesdə aprelin 24-də açılır.

Sərgimiz eyni vaxtda İstanbul Sirkeci stansiyasında da olacaq. Erməni terror təşkilatlarını lənətləyirik”.