Ermənilər Rusiyaya getmək üçün aclıq aksiyasına başladılar - Video

ermeniler-rusiyaya-getmek-ucun-acliq-aksiyasina-basladilar
Oxunma sayı: 2691

Rusiyaya getməyi tələb edən Ermənistan vətəndaşları Yerevanda hökumət binası qarşısında aclıq aksiyasına başladıqlarını elan ediblər.

“Qafqazinfo” news.am-a istinadən xəbər verir ki, onlar danışıqlar aparmağı və Rusiyanın Ermənistanla sərhədi açmasına nail olmağı tələb edirlər.

Qeyd edilir ki, Ermənistanda son həftələr parlament və hökumət binaları qarşısında mütəmadi olaraq etiraz aksiyaları keçirsələr də, onların problemi hələ də həll edilməmiş qalıb.