Ermənilərin Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan bir il ötür

ermenilerin-berdenin-qarayusifli-kendinde-toretdiyi-terrordan-bir-il-otur
Oxunma sayı: 1470

Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinin terror hücumuna məruz qalmasından bir il ötür.

“Qafqazinfo” xəbər verir ki, oktyabrın 27-də "Smerç" raketləri ilə həyata keçirilən xain hücum beş kənd sakininin həlak olması ilə nəticələnib, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ölənlərin siyahısı:

1959-cu il təvəllüdlü Aybəniz Əşrəf qızı Əhmədova

1961-ci il təvəllüdlü Almaz Salah qızı Əliyeva (2020-ci il oktyabrın 27-də xəsarət alıb, 2020-ci il oktyabrın 28-də isə vəfat edib)

1970-ci il təvəllüdlü Ofeliya Məcid qızı Cəfərova

1980-cı il təvəllüdlü Ehtiram Xəlil oğlu İsmayılov

2013-cü il təvəllüdlü Aysu Rövşən qızı İsgəndərova.

Düşmənin raket atəşi nəticəsində bir neçə yaşayış evi tamamilə dağılıb, sakinlərə külli miqdarda ziyan dəyib.