Ermənistan 10 hərbçisinin yaralandığını açıqladı

ermenistan-10-herbcisinin-yaralandigini-aciqladi
Oxunma sayı: 3369

Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlər zamanı 10 erməni hərbçisi yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan açıqlama verib. O bildirib ki, hərbçilər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

On hərbçidən birinin vəziyyəti ağır, beşinin vəziyyəti orta-ağır qiymətləndirilir. Digərlərinin isə yüngül xəsarətlər aldığı bildirilib.