“Ermənistan Azərbaycan mülkilərinə 218 raket atıb”

ermenistan-azerbaycan-mulkilerine-218-raket-atib
Oxunma sayı: 1044

Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı təxribat və müharibə cinayətləri ilə bağlı növbəti brifinq keçirilir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, İqtisadi İslahatların Təhlili Mərkəzinin sədri Vüsal Qasımlı bildirib ki, Ermənistan sentyabrın 27-dən bəri Azərbaycanın 182 yaşayış məntəqəsinə mərmi atıb: “Bu məntəqələrə düşən mərmilərin sayı 27 308 ədəddir. Tərtər rayonuna 15 468, Ağdama 9291, Ağcabədiyə 1567, Goranboya 623, Füzuliyə 240 mərmi zərbəsi endirilib.

Goranboya 49, Füzuliyə 34, Bərdəyə 30, Gəncəyə 22, Tərtərə 18, Ağcabədiyə 14 raket atılıb. Ümumilikdə Azərbaycan yaşayış məntəqələrinə 218 raket zərbəsi endirilib”.

Murad Əhməd