Ermənistan İranla birgə hərbi təlimlərə başlayır

ermenistan-iranla-birge-herbi-telimlere-baslayir
Oxunma sayı: 1824

Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ermənistan MN məlumat yayıb.

Məlumata görə, tərəflərin xüsusi təyinatlı bölmələri aprelin 9-10-da birgə təlimlər keçirəcək.

Hər iki ölkənin bölmələri öz ərazisində təlimlər təşkil edəcək:

“Tərəflər iki ölkənin dövlət sərhədində yerləşən sərhəd-keçid məntəqələrinə simulyasiya edilmiş terrorçu qrupların hücumlarının zərərsizləşdirilməsi üzrə birgə əməliyyatlar keçirəcəklər”.