Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəsi Viktor Biyaqovu geri çağırıb.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bununla bağlı sərəncam imzalayıb.
O, Xaçaturyanın digər sərəncamı ilə ölkənin Niderlanddakı səfiri təyin olunub.
Qeyd edək ki, Biyaqov 2018-ci ilin noyabrında Ermənistanın KTMT-dəki daimi nümayəndəsi təyin edilib.