Ermənistan tərəfində döyüşmüş ekstremist qruplaşma rəhbəri həbs edildi

ermenistan-terefinde-doyusmus-ekstremist-qruplasma-rehberi-hebs-edildi
Oxunma sayı: 5296

Fransada ləğv edilmiş ekstremist sağçı “Zouaves Paris” (ZVP) qruplaşmasının lideri Mark De Kakkere-Valmenir bir il müddətinə azadlıqdan məhrum edilib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, prezidentliyə namizəd Erik Zemmurun dekabr ayında keçirilən mitinqində zorakılıq tətbiq etdiyi üçün nümayişlərdə iştirakına qadağa qoyulan Kakkere-Valmenir yanvarın 15-də vaksinasiya əleyhinə keçirilən aksiyada iştirak etdiyi üçün saxlanıldıqdan sonra dünən həbs olunub.

O, 2020-ci ilin iyununda Parisdəki barda hücuma görə bir il həbs cəzasına məhkum edilmişdi. 

Zemmurun mitinqindəki zorakılıqdan sonra, yanvarın 5-də Nazirlər Kabinetinin qərarı ilə Kakkere-Valmenir sərbəst buraxılıb və onun nümayişlərdə iştirakına qadağa qoyulub. 

O, 2018-ci ilin dekabrında isə “Sarı jiletlilər”in nümayişində zorakılığa görə 6 ay, bara hücuma görə isə 10 ay həbs cəzasına məhkum edilib.

Kakkere-Valmenir 2020-ci ildə Vətən Müharibəsi zamanı Ermənistanın tərəfində muzdla döyüşmək üçün Qarabağa gəlib.