“İki ölkə arasında sərhədlərin delimitasiyası üçün 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan Ermənistan və Azərbaycan arasında razılaşmanı alqışlayırıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “X” sosial şəbəkəsində yazıb.
O bildirib ki, hər bir ölkənin ərazi bütövlüyünün birmənalı tanınmasına əsaslanan sərhədlərin delimitasiyası Brüsseldə də müzakirələrin əsas elementinə çevrilib və bütün regionun sülh yolu ilə açılması istiqamətində mühüm addım olacaq.