Ermənistanda 3 əsgərin ölümü ilə bağlı daha bir nəfər saxlanıldı

ermenistanda-3-esgerin-olumu-ile-bagli-daha-bir-nefer-saxlanildi
Oxunma sayı: 1534

Ermənistanda hərbi hissələrin birində üç hərbçinin qətlə yetirilməsi ilə bağlı daha bir nəfər saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti yayıb.

Məlumata əsasən, saxlanılan şəxs cəsədləri aşkar edilən üç hərbçinin xidmət etdiyi postun komandiridir. 

Qeyd olunur ki, post komandiri hərbçiləri qətlə təhrik etməkdə, həmçinin digər hərbçilərə qarşı seksual xarakterli zorakılıq etməkdə təqsirli bilinir. 

Üç hərbçinin ölümü ilə bağlı daha əvvəl saxlanılan digər hərbçi isə həbs olunub.

Hazırda insidentlə bağlı istintaq davam edir.

Qeyd edək ki, avqustun 19-u təqribən 02:15 radələrində cəsədləri aşkar olunan hərbçilər Murad Muradyan, Levon Harutyunyan və Qora Saakyanın üzərində odlu silahdan atəş izləri aşkarlanıb. Bildirilir ki, onların hər üçü 2002-ci il təvəllüdlüdür.