Ermənistanda bir günə 62 nəfər koronavirusa yoluxdu

ermenistanda-bir-gune-62-nefer-koronavirusa-yoluxdu
Oxunma sayı: 689

Ermənistanda son sutka ərzində koronavirusa yoluxanların sayı daha 62 nəfər artaraq 1 808-ə yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.

Sutka ərzində daha bir nəfərin xəstəlik səbəbindən həyatını itirməsi ilə vəfat edənlərin sayı 29-a çatıb. Bildirilib ki, indiyədək 848 pasiyent sağalıb, 931 xəstənin müalicəsi davam etdirilir. Ümumilikdə 18 547 nəfər isə koronavirus testindən keçib.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə aprelin 13-dən etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi mayın 14-dək uzadılıb.