Ermənistanda daha 8 nəfərdə koronavirus tapıldı

ermenistanda-daha-8-neferde-koronavirus-tapildi
Oxunma sayı: 1707

Ermənistanda daha 8 nəfərdə yeni növ koronavirus aşkarlanıb.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Səhiyyə naziri Arsen Torosyan “Facebook” səhifəsində yazıb. Onlardan biri Eçmiədzin, 7-si Yerevan sakinidir.

Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 72 nəfərə çatıb.