Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırılır

ermenistanda-ehtiyatda-olan-herbciler-telime-cagirilir
Oxunma sayı: 2287

Ermənistanda ehtiyatda olan hərbçilər avqustun 1-dən oktyabrın 30-na kimi təlimə çağırılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Armenia Today” yayıb.

Təlimlərə 1444-ə qədər ehtiyatda olan hərbçi və 134 nəqliyyat vasitəsi cəlb olunacaq.

Bildirilir ki, təlimin keçirilməsində məqsəd ehtiyatda olan hərbçilərin hərbi bacarıqlarının təkmilləşdirilməsidir.