Ermənistanda karantin daha 6 ay uzadıldı

ermenistanda-karantin-daha-6-ay-uzadildi
Oxunma sayı: 1449

Ermənistanda koronavirus epidemiyası səbəbindən karantin rejimi iyulun 11-dək uzadılıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin saytında dərc olunub.

Karantin müddətində əvvəlki qadağalar qüvvədə qalacaq.

Qeyd edək ki, 2021-ci ilin başlanğıcından Ermənistanda hər gün, demək olar ki, 300-dək koronavirusa yoluxma faktı qeydə alınır.