Ermənistanda koronavirusdan ölənlərin sayı 700-ü ötdü

ermenistanda-koronavirusdan-olenlerin-sayi-700-u-otdu
Oxunma sayı: 1457

Ermənistanda son sutka ərzində daha 321 nəfərdə koronavirus aşkarlanıb, 5 nəfər vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 37 317-yə, virus qurbanlarının sayı isə 705-ə yüksəlib.

Bundan əlavə, indiyədək 26 478 nəfər sağalıb. Ölkədə 10 134 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 10-nun vəziyyəti ağır qiymətləndirilir.