Ermənistanda polisə telefon danışıqlarını dinləməyə icazə verildi

ermenistanda-polise-telefon-danisiqlarini-dinlemeye-icaze-verildi
Oxunma sayı: 973

Ermənistan Prezidenti Armen Sarkisyan “Operativ əməliyyat-axtarış fəaliyyəti haqqında” qanuna düzəlişləri təsdiqləyib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla da Ermənistanda Milli Təhlükəsizlik Xidməti (MTX)  ilə yanaşı, polisə də telefon danışıqlarını dinləməyə icazə verilir.

Qeyd edək ki, Ermənistan parlamenti düzəlişləri yanvarın 21-də yekun oxunuşdan sonra qəbul edib. Qanun layihəsinin müəlliflərindən olan Armen Xaçatryan ölkədə telefon danışıqlarına nəzarətin yalnız MTX-nin operativ-texniki idarəsinin nəzarət etdiyini, düzəlişlərin isə polisə də bu imkanları verərək Milli Təhlükəsizlik Xidməti ilə əlaqə saxlamaq üçün lazım olan vaxta qənaət etməyə şərait yaradacağını bildirmişdi.