Ermənistanda qəzada 1 hərbçi ölüb, 3-ü yaralanıb

ermenistanda-qezada-1-herbci-olub-3-u-yaralanib
Oxunma sayı: 1096

Ermənistanın şimalında baş verən yol qəzasında bir müqaviləli hərbi qulluqçu ölüb, 3 hərbçi xəsarət alıb.

“Qafqazinfo” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, avqustun 6-da səhər saatlarında Ermənistanın şimalındakı Gümrü-Spitak magistral yolunda ölümcül qəza baş verib.

Qəzada ölən A. Spartak adlı şəxsin müqaviləli hərbi qulluqçu olduğu bildirilib. Onunla birlikdə daha üç hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıların xəstaxanaya yerləşdirildiyi bildirilib.