Ermənistandakı qəzada ölənlər Rusiya vətəndaşlarıdır - Yenilənib - Fotolar

Ermənistandakı qəzada ölənlər Rusiya vətəndaşlarıdır
Oxunma sayı: 6076

15:15

Ermənistanın Kotayk vilayətində “B55” tipli yüngülmühərrikli təyyarə qəzaya düşüb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyi yayıb.

Hadisə nəticəsində 2 nəfər ölüb. Qəzanın səbəbləri hələ açıqlanmayıb.

17:01

Kotayk vilayətinin Regional Xilasetmə İdarəsinin sədri Gevorq Sedrakyanın sözlərinə görə, qəza zamanı həlak olan şəxslər Rusiya vətəndaşları olub. 

Bildirilir ki, sözügedən təyyarə İrəvanın “Zvartnots” hava limanından havaya qalxıb və Həştərxana gedirmiş. Təyyarə havaya qalxdıqdan bir müddət sonra radardan itib. 

İlkin məlumata görə, qəzaya səbəb əlverişsiz hava şəraiti olub.