“Ertəsi gün öldürüləcək birinə yemək verməyin mənası yoxdur”

ertesi-gun-oldurulecek-birine-yemek-vermeyin-menasi-yoxdur
Oxunma sayı: 3014

“Qəzza zolağına təkcə humanitar yardım göstərmək kifayət deyil, çünki ertəsi gün öldürüləcək birinə yemək verməyin mənası yoxdur”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu anklavda hərbi əməliyyatların dayandırılması üçün konkret addımlar atmağa çağıran Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Cozep Borrel bildirib.

Diplomatın sözlərinə görə, mülki əhalinin əzabını yüngülləşdirmək üçün humanitar yardımın həcmini artırmaq lazımdır, lakin bu, indiki vəziyyətdə kifayət etmir.

Borrel qeyd edib ki, hazırda əsas vəzifə daimi atəşkəs sazişinin bağlanmasıdır.