Ərzincandakı son vəziyyət açıqlandı

erzincandaki-son-veziyyet-aciqlandi
Oxunma sayı: 2106

Xəbər verdiyimiz kimi, dünən Türkiyənin Ərzincan şəhərində qızıl mədənində torpaq sürüşməsi baş verib. Nəticədə mədəndə işləyən 9 nəfər itkin düşüb.

“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya hadisə yerindəki son vəziyyətlə bağlı jurnalistlərə açıqlama verib. 

Onun sözlərinə görə, hazırda axtarış-xilasetmə işlərində 1800 nəfər iştirak edir: “İlkin məlumata görə, torpaq altında qalan 9 nəfərdən 5-nin konteynerdə, 3-nün avtomobildə, 1 nəfərin isə başqa ərazidə yük avtomobili içərisində olduğu ehtimal edilir. Axtarışlar fasiləsiz davam etdirilir”.

Bununla yanaşı, axtarışlarda 600-dən çox texnika, 6 dron və 44 generatordan istifadə edildiyi bildirilir.