Etibar Məmmədovun oğlu sədr seçildi

etibar-memmedovun-oglu-sedr-secildi
Oxunma sayı: 1350

“Qafqazinfo”nun verdiyi xəbərə görə, konfransda son bir ildə görülən işlərlə bağlı GT nın sədri Afsəddin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib. Hesabat ətrafında çıxış edən konfrans iştirakçıları görülən işləri qənaətbəxş sayıb, eyni zamanda fəliyyətin daha da gücləndirməsinin vacib olduğunu vurğulayıblar. Daha sonra gündəliyin təşkilatı məsələ hissəsində Gənclər Təşkilatınin sədrliyinə namizədlər irəli sürülüb. Ayxan Etibaroğlu və Qəhrəman Sadikovun namizədliyi gizli səsvermə bülleteninə daxil edilib. Keçirilən gizli səsvermənin nəticələrinə görə Ayxan Etibaroğlu AMİP Gənclər Təşkilatının sədri seçilib.

Qeyd edək Ki, A. Etibaroğlu AMİP lideri Etibar Məmmədovun oğludur.