“EuroHome” yenə yandı - Yenilənib + Fotolar

eurohome-yene-yandi
Oxunma sayı: 16431

Bakının Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın başlayıb.

Bu barədə "Qafqazinfo"ya FHN-dən məlumat verilib. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Xatırladaq ki, sözügedən bazarda 2019-cu ilin dekabrın 10-da da yanğın baş vermişdi. Həmin vaxt 5 hektar ərazisi olan bazarın 2 hektarı yanmışdı.

***

“EuroHome” tikinti materialları bazarında baş verən yanğın söndürülüb.

FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, baş vermiş yanğın məhdudlaşdırılıb, açıq alov mənbələri yoxdur.

Hazırda yanğın yerində soyutma və tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə konstruktiv materialların sökülməsi işləri davam etdirilir.