“Exchange”lər bağlanır - “Qara bazar” fəallaşır+Video

exchangeler-baglanir-
Oxunma sayı: 5904

Səhər saatlarından etibarən Bakıda valyuta məntəqələrinin fəaliyyəti dayanıb. Bir çox məntəqəsinin qapıları bağlanıb, əksəriyyətində çölə vurulan məzənnə cədvəli də sökülüb.

“Qafqazinfo” xezerxeber-ə istinadən xəbər verir ki, yaranan vəziyyətdən işbazlar məharətlə istifadə edirlər. Valyuta məntəqələri və avikassaların yanında növbə çəkənlər ehtiyacı olana baha qiymətə dollar satır və yaxud alırlar.

Süni şəkildə “qara bazar” formalaşdıranlar insanlarda ajiotaj da yaradırlar.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsinə əsasən valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasına və ya dəyişdirilməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizindən 70 faizinədək miqdarda cərimə tətbiq edilir.