Ali Məhkəmənin tanınmış hakimi Əziz Seyidov təqaüdə göndərilib.
“Qafqazinfo” xəbər verir ki, onun yola salınması münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Əziz Seyidovun uzun illər prokurorluq orqanlarında və Ali Məhkəmədə səmərəli fəaliyyətindən danışaraq, ona gələcək işlərində uğurlar arzulayıb.
Ə.Seyidov da öz növbəsində Ali Məhkəmədə işlədiyi dövrlə bağlı xoş təəssüratlarını bölüşərək, ona göstərilən diqqət və qayğıya görə təşəkkür edib.
Sonda təqaüdə yola salınan Əziz Seyidova Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.
Qeyd edək ki, Əziz Seyidov ölkə gündəmində müzakirə edilən çoxsaylı işlərdə son qərar qəbul edib.
O, uzun illər prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışıb. Bakı şəhər prokuroru vəzifəsindən azad edildikdən sonra Ali Məhkəmənin hakimi təyin edilmişdi.
Sail Ağasəlim