Əzizbəylilər ailəsində itki

ezizbeyliler-ailesinde-itki-
Oxunma sayı: 11772

Müğənni Nurlan Əzizbəylinin atası Rafiq Əzizbəyli vəfat edib.

Bu barədə “Qafqazinfo”ya ifaçının prodüseri Elvin Nəsib məlumat verib. Rafiq Əzizbəylinin səhhəti 8-ci kilometr ərazisində fəaliyyət göstərən "Füzuli parkı"nın çay evində qəflətən pisləşib, ürəyi tutub. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Mərhum uzun illər şəkər xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, Rafiq Əzizbəyli həm də xalq artsiti Ramiz Əzizbəylinin qardaşıdır. 

Allah rəhmət eləsin!