FED uçot dərəcəsini 23 ilin ən yüksək səviyyəsində saxladı

fed-ucot-derecesini-23-ilin-en-yuksek-seviyyesinde-saxladi
Oxunma sayı: 1291

ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot faiz dərəcəsini gözlənildiyi kimi dəyişməyərək son 23 ilin ən yüksək səviyyəsi olan 5,25 - 5,50 faiz aralığında saxlayıb.

Qafqazinfo” xəbər verir ki, müvafiq məlumat tənzimləyicinin saytında dərc edilib.

“Komitə (Federal Açıq Bazar Komitəsi, FOMC - Red.) federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu 5,25 - 5,5% səviyyəsində saxlamağa qərar verib”, - deyə hesabatda bildirilib.

Qeyd olunur ki, FED inflyasiyanın davamlı olaraq 2%-ə doğru irəlilədiyinə əminlik yaranana qədər hədəf intervalının azaldılmasını məqsədəuyğun hesab etmir.