“Feysbukda olanların hamısı avaradır” - Millət vəkili

feysbukda-olanlarin-hamisi-avaradir
Oxunma sayı: 785

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə sosial şəbəkələrlə bağlı verdiyi açıqlaması ilə gündəmə gəlib. 

“Qafqazinfo” xəbər verir ki, deputat lent.az-a verdiyi müsahibədə feysbuka girən istifadəçilər haqda danışarkən kobud ifadədən istifadə edib.   
 
Araz Əlizadə  jurnalistin “Sosial şəbəkələrdə sizin haqqınızda tez-tez müzakirələr gedir, amma özünüz orda yoxsunuz. Nə əcəb?” sualına belə cavab verib:
 
“Ona görə ki, orda hər yoldankeçən ağzına gələni yazır və mənim də vaxtım yoxdur, elə şeylərlə məşğul olum. Kim kimin haqqında nə yazdı, nə dedi, məni maraqlandırmır. Hər şüursuz adamın yazdığını oxumaq fikrində deyiləm. Çünki feysbukda olanların hamısı avara, işsiz-gücsüz adamlardır”.

Əlizadənin bu fikirləri elə sosial şəbəkələrdə müzakirəyə çıxarılıb, millət vəkili işlətdiyi ifadəyə görə qınaq obyektinə çevrilib.