Fici sahillərində güclü zəlzələ olub

fici-sahillerinde-guclu-zelzele-olub
Oxunma sayı: 720

Sakit okeanda, Fici sahillərində 5,5 bal gücündə zəlzələ baş verib. 

“Qafqazinfo”nun ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri 77 min əhalisi olan Suva şəhərindən 200 kilometr aralıqda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi, dağıntı və tələfat barədə məlumat daxil olmayıb.