FİFA transferlərə xərclənən məbləğı açıqladı

fifa-transferlere-xerclenen-meblegi-aciqladi
Oxunma sayı: 1090

Dünya futbol klubları 2017-ci ildə transferlərə 6,37 milyard dollar xərcləyiblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.

Məlumata əsasən, transferlərin sayında da artım müşahidə olunub. Belə ki, 2016-cı illə müqayisədə ötən il klublar arasında futbolçu transferi 6,8 faiz artaraq 15 min 624-ə çatıb.

Transfer üçün xərclənən məbləğ isə 32,7 faiz yüksəlmə qeydə alınıb. 6,37 milyard dolların 67,4 faizini 13 ölkədən olan 50 klub xərcləyib.