Yazar açıqlamasında bu sözü işlətdiyinə təəssüflənmədiyini bildirib: "O söz istehza ilə deyilib, bu boyda səs-küyə səbəb olacaq heç nə yox idi. Mən demək istəmişəm ki, mənim üçün əhəmiyyətsiz adamdır. Onun Azərbaycan ədəbiyyatına çox ciddi “xidmətləri” var. Uzun müddətdir ki, bu təşkilatı öz qoca intonasiyalarına uyğun dondurub. Ölüm sükutu yaradıb orda. O, məcazi bir söz idi, mən kiməsə ölüm arzulayacaq qədər aciz deyiləm. Əgər məqamı düşərsə o sözü yenə işlədə bilərəm. “Fikrət Qoca hələ ölməyib, yaşayır?” mən bu ifadəni işlədəndən sonra Fikrət Qoca mətbuatın yadına düşdü. Məni təhqirdə ittiham edən insanların Anar müəllim başda olmaqla mənim haqqımda dediklərini oxuyun görün təhqir necə olur. Əsərlərlə tarixə düşməsəkdə bu hadisə ilə tarixə düşdük. Fikrət Qocanı Allah qoysa əsa ilə araba ilə evə yola salacayıq"
Son xəbərlər
Son Xəbərlər