Fikrət Quliyevə hökm oxundu

fikret-quliyeve-hokm-oxundu
Oxunma sayı: 3210

Yeni Suraxanı bələdiyyəsinin sabiq sədri Fikrət Quliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Eks-bələdiyyə sədrinə külli miqdarda rüşvət alma, vəzifə saxtakarlığı və nüfuz alveri maddələri ilə verilmiş ittiham təsdiqini tapıb.

Hökmə əsasən, Fikrət Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, F.Quliyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdi.

Sail Ağasəlim