Fizika üzrə Nobel mükafatçısı öldü

fizika-uzre-nobel-mukafatcisi-oldu
Oxunma sayı: 2616

Fizika üzrə Nobel mükafatı laureatı Piter Hiqqs 95 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Edinburq Universitetinin saytında məlumat verilib.

İsveç Kral Elmlər Akademiyası 2013-cü il Fizika üzrə Nobel Mükafatını Fransua Englert və Piter Hiqqsə “atomaltı hissəciklərin kütləsinin mənşəyinin dərk edilməsinə töhfə verən mexanizmin nəzəri kəşfinə görə” verib.