Formula 1 Bakı Qran-prisində ikinci sərbəst yürüş başa çatdı - Yenilənib

formula-1-baki-qran-prisinde-ikinci-serbest-yurus-basa-catdi
Oxunma sayı: 4398

Bu gün Formula 1 və Formula 2 üzrə Azərbaycan Qran-prisinə start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu Bakıda keçiriləcək 6-cı Qran-pri olacaq.

Azarkeşlərin də 3 illik fasilədən sonra izləyə biləcəyi yarışda sərbəst yürüşlər və sıralama tutu baş tutacaq.

Azərbaycan Qran-prisi

10 iyun

10:00. Azarkeş zonasının qapıları açılır

“Formula-2”
12:35 - 13:20. Sərbəst yürüş

“Formula-1”
15:00 - 16:00. I sərbəst yürüş

“Formula-2”
16:30 - 17:00. Sıralama turu

“Formula-1”
18:00 - 19:00. İkinci sərbəst yürüş

21:00. Azarkeş zonasının qapıları bağlanır.

***

Formula 2-də ilk sərbəst yürüş başa çatdı

*** 

Formula 1 yarışında ilk sərbəst yürüşə start verildi

***

Bakıda keçirilən Formula 1 Qran-prisində ilk sərbəst yürüş başa çatıb. Serxio Perez ilk sərbəst yürüşü ən yaxşı nəticə ilə başa vurub. Şarl Lekler ikinci, Maks Ferstappen üçüncü olub. 

***

Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb. “Hitech Grand Prix” komandasından Yuri Vips ən yaxşı nəticəni göstərib. 

***

Formula 1 üzrə Bakı Qran-prisində ikinci sərbəst yürüş başlayıb.

***

İkinci test yürüşü başa çatıb. "Ferrari"nin üzvü Şarl Lekler birinci olub.