Fransada yanğınlar 57 min hektar ərazinin məhvinə səbəb oldu

Fransada yanğınlar 57 min hektar ərazinin məhvinə səbəb oldu
Oxunma sayı: 371

İlin əvvəlindən Fransada yanğınlar səbəbindən ən azı 57 min 600 hektar yaşıllıq sahəsi yanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Avropa Meşə Yanğınları İnformasiya Sistemi məlumat yayıb.

Digər tərəfdən dördüncü isti dalğasının yaşandığı ölkədə həddindən artıq istilər səbəbiylə 19 əyalətdə narıncı, 45 əyalətdə isə sarı həyəcan siqnalı verildiyi bildirilib.

Qeyd edək ki, 2003-cü ildə ölkədə 74 min hektar yaşıllıq sahəsi yanıb.