Fransanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırıldı

fransanin-tehrandaki-muveqqeti-isler-vekili-iran-xin-e-cagirildi
Oxunma sayı: 2284

Parisin Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili Floran İdalo Fransa rəhbərliyinin Məhəmməd peyğəmbər haqda nəşr edilən təhqiramiz karikaturaları dəstəkləməsinə etiraz olaraq İran Xarici İşlər Nazirliyinə dəvət olunub.

“Qafqazinfo”nun İRNA-ya istinadən xəbərinə görə, İran XİN-in Avropa İşləri Departamentinin müdir müavini görüşdə Fransa rəhbərliyinin Avropa və dünyadakı milyonlarla müsəlmanın qəzəbinə səbəb olan bu hərəkətinin qəbuledilməz olduğunu bildirib, İslam Peyğəmbərinə qarşı təhqir və hörmətsizliyi kəskin şəkildə qınayıb.

Həmçinin Fransa rəhbərliyinin söz azadlığı adı altında islamofobiya və nifrət yaradacaq hərəkətləri ilə insanların dinc və sülh şəraitində birgə yaşayış prinsiplərinə zidd addımlar atmasının təəssüf doğurduğu qeyd olunub.

Fransanın Tehrandakı müvəqqəti işlər vəkili İranın rəsmi notasını ölkəsinin səlahiyyətlilərinə çatdıracağını bildirib.