Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu gün “Qarabağ” futbol klubunun heyətini qəbul edib.
"Qafqazinfo" xəbər verir ki, klub prezidenti Tahir Gözəl klub adından ölkə başçısına xatirə hədiyyəsi təqdim edib. Prezidentə “Qarabağ”ın 10 nömrəli forması, eləcə də üzərində futbolçuların avtoqrafı olan top hədiyyə olunub.
Qeyd edək ki, ölkə başçısı 3 il əvvəl də “Qarabağ”ın heyətini qəbul etmişdi. Həmin görüşdə də dövlət başçısına 10 nömrəli forma hədiyyə olunub.
Prezidentə verilən top isə UEFA tərəfindən pley-off oyunları üçün "Qarabağ"a verilən toplardan biridir.



Son xəbərlər
Son Xəbərlər