Füzuli, Hadrut və Şuşaya mediatur təşkil edildi

fuzuli-hadrut-ve-susaya-mediatur-teskil-edildi
Oxunma sayı: 1241

Oktyabrın 7-si Azərbaycan jurnalistlərinin Füzuli, Hadrut və Şuşaya mediaturu başlayıb.

“Qafqazinfo” xəbər verir ki, səfər “Azərişıq” ASC və MEDİA-nın birgə təşkilatçılığı ilə həyata keçirilir.

Səfər çərçivəsində media nümayəndələri Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, Hadrut Qovşaq Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi və Şuşa Rəqəmsal İdarəetmə Mərkəzində olacaqlar.

20 Oktyabr - Azərbaycan Energetiklər Günü münasibətilə təşkil edilən press-turda müxtəlif KİV-dən 30-a yaxın jurnalist iştirak edir.

Gülnar Əliyeva