Füzuli Hava Limanına beynəlxalq status verildi - Yenilənib

fuzuli-hava-limanina-beynelxalq-status-verildi
Oxunma sayı: 3916

Baş nazir Əli Əsədovun sərəncamı ilə Füzuli rayonunun işğaldan azad edilən ərazisində tikilən hava limanına beynəlxalq status verilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti razılaşdırılmış təklif irəli sürüb.

Sərəncama əsasən, Füzuli rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Füzuli Hava Limanına beynəlxalq status verilib.

Xarici İşlər Nazirliyinə tapşırılıb ki, Füzuli Hava Limanına beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərsin.

***

“AZAL”dan “Qafqazinfo”ya verilən məlumata görə, hava limanına Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən latın əlifbasının üç hərfindən ibarət FZL kodu verilib. Bu fərdi kod hava limanının yerləşdiyi şəhərin adı - Füzuli ilə bağlıdır.

Hava limanlarının IATA kodları sərnişin daşımaları üçün böyük əhəmiyyət kəsb edir, bu kodlar aviaşirkətlər, aviabilet satışı üzrə agentliklər, biletləri beynəlxalq təxsisetmə sistemləri və s. tərəfindən istifadə olunur.

Daha əvvəl Füzuli hava limanına Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən UBBF kodunun verilməsi təsdiq edilib.

Həmçinin oxuyun: “QARABAĞ” təyyarəsi Füzuli aeroportuna ilk sınaq uçuşu etdi - Fotolar

Füzuli aeroportundan yeni görüntülər - Video