Füzuli RİH başçısı Saatlıda səyyar qəbul keçirdi - Fotolar

fuzuli-rih-bascisi-saatlida-seyyar-qebul-kecirdi
Oxunma sayı: 1098

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vətəndaşların problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə Saatlı rayonunda  məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul görüşü keçirib.

“Qafqazinfo” xəbər verir ki, Saatlı rayonunda məcburi köçkün ailələri üçün salınmış şəhərcikdə keçirilən səyyar qəbulda çıxış edən Alı Alıyev ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən respublikanın müxtəlif şəhər və rayonlarında yaşayan məcburi köçkünlərlə bu cür görüşlərin mütəmadi olaraq keçirildiyini bildirib.

Alı Alıyev Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqlarının Füzuli rayonunda daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Səyyar qəbulda Saatlı rayonunda məskunlaşmış rayon sakinlərinin ayrı-ayrı sahələrə dair müraciətləri dinlənilib. Sabirabad rayonunda məskunlaşan füzulili məcburi köçkünlər işğaldan azad olunmuş öz doğma torpaqlarına tez bir zamanda köçürülmələrini xahiş ediblər.