Gələn ilin dövlət büdcəsində Azərbaycan nefti 45 dollara bərabər götürülüb

gelen-ilin-dovlet-budcesinde-azerbaycan-nefti-45-dollara-beraber-goturulub
Oxunma sayı: 1056

2022-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 45 ABŞ dollarına bərabər götürülüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında deyilir.