“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Təhlükəsizlik üzrə Ümumi Qurum gəlin maşınlarının qarşısını kəsib pul tələb edən vətəndaşların can və mal təhlükəsizliyinin qorunması üzrə yeni bir təlimatnamə irəli sürüb.
Eyni zamanda maşın şüşələrini silərək dəsmal, əşya, gül satan və ya dilənərək pul qazanan şəxslər də cərimələnəcək.
Bu çərçivədə şəhər içində, qovşaqlarda və yollarda 15 yaşı tamamlamış vətəndaşlara yerindəcə yol polisləri tərəfindən 80 lirə pul cəzası tətbiq ediləcək.
Yol və prospektlər nəzarət altında olacaq. İnsan ticarətçiləri “Uşaqlardan istifadə haqqında” qanuna uyğun olaraq məkhəməyə cəlb olunacaqlar.
Həmçinin onların nəzarətə alınmasını uşaq polisləri həyata keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər