Gəlin və 4 rəfiqəsi diri-diri yandılar - Foto

gelin-ve-4-refiqesi-diri-diri-yandilar-foto
Oxunma sayı: 642

"Qafqazinfo"nun Milli.Az -a istinadən verdiyi xəbərə görə , sürücü və maşında olan 4 qadın maşından çıxa biliblər.

Onlar alovlanan maşındakı rəfiqələrini xilas etməyə çalışsalar da, səyləri puç olub.
CNN bildirir ki, maşından qurtulan qadınlar dəm qazı zəhərlənməsi və müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya aparılıblar.
San Mateo Hayuard körpüsündəki faciə ilə bağlı araşdırmalar başlanıb.

Polis maşının alışıb yanmasının səbəblərini təhqiq edir.
Körpüdəki tıxacda qaldığından hərəkət edə bilməyən limuzində yananlar arasında Fresno şəhərində tibb bacısı olmuş 31 yaşlı Neriza Fohas da vardı. O, gəlindi və toyu münasibətilə ən yaxın rəfiqələrini ziyafətə dəvət etmişdi.

34 yaşlı Jasmin Desqia, 42 yaşlı Mariya Quardiano, 36 yaşlı Arellano Nelya və 48 yaşlı Amalia Loyola, habelə 46 yaşıl sürücü Orvill Braun yanan maşından sağ qurtulublar.