Azərbaycanın cəbhə bölgəsində gedən qızğın döyüşlərdə ordumuza dəstək məqsədilə “GemZA Group” şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna 20 000 manat məbləğində pul vəsaiti ayırıb.
Bu barədə "Qafqazinfo"ya sözügedən şirkətdən məlumat verilib.
Bildirilib ki, “GemZA Group” hər zaman dövlətin və xalqın yanında olan bir şirkət kimi döyüşən hər bir əsgərə uğurlar diləyir və ilkin əldə olunmuş zəfər münasibətilə xalqımızı təbrik edir.
Son xəbərlər
Son Xəbərlər